Dünyanın ən varlı adamı Bernard Arnault gündə 11 milyard dollardan çox pul itirib
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg öz indeksinə istinadən xəbər verir. Məlumata görə, LVMH-nin qurucusu və dünyanın ən varlı adamı Bernard Arnault zəifləyən ABŞ iqtisadiyyatının dəbdəbəli mallara tələbi azaldacağı xəbərləri fonunda cəmi bir gündə 11,2 milyard dollar itirib.
LVMH səhmləri zəifləyən ABŞ iqtisadiyyatının dəbdəbəli mallara tələbi azaldacağına dair qorxular fonunda düşüb. Bu səbəbdən Arno bir gündə 11,2 milyard dollar itirib. Mayın 23-ü axşam saatlarında onun sərvəti 191,6 milyard dollar səviyyəsində olub.
LVMH başqaları arasında Louis Vuitton, Moet & Chandon və Christian Dior kimi lüks brendlərin sahibidir. Eyni zamanda, şirkətin səhmləri il ərzində 23% bahalaşıb.