ABŞ Ermənistanda nüvə reaktorları yaradır

00:20 - 24 May 2023 - DÜNYA

ABŞ Ermənistanda və digər Avrasiya dövlətlərində kiçik modul nüvə reaktorlarının tikintisini nəzərdən keçirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin Avropa və Avrasiyaya yardım proqramlarının koordinatoru Mariya Lonqi bildirib. Lonqi bildirib ki, onların Rusiya və Çindən enerji müstəqilliyini gücləndirməyə çalışır.

"Bir sıra ölkələrdə, o cümlədən Ermənistanda biz Amerika texnologiyasından istifadə etməklə tikilmiş və həm Rusiya, həm də Çindən daha böyük enerji müstəqilliyinə apara bilən kiçik modul nüvə reaktorlarının yaradılmasının mümkünlüyünü qiymətləndiririk", - o, dinləmələrdə deyib.

Dövlət Departamentinin strukturunda çalışan Longhi təfərrüatları açıqlamayıb.

Xəbər xətti