Cənubi Koreya KXDR -nin 3 təşkilat və 7şəxsinə qarşı sanksiyalar tətbiq edib

21:14 - 23 May 2023 - DÜNYA

Koreya Respublikası hökuməti Pxenyanın nüvə raket proqramının maliyyələşdirilməsinin qarşısını almaq üçün informasiya texnologiyaları sahəsi ilə bağlı KXDR-dən üç təşkilat və yeddi şəxsə qarşı sanksiya tətbiq etmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Koreya Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ötən ilin oktyabrından indiyədək 43 şəxs və 44 təşkilat sanksiyaya məruz qalıb.

Xarici İşlər Nazirliyinin hesabatına görə, KXDR-in nüvə raket proqramının maliyyələşdirilməsinə töhfə verən, o cümlədən İT mütəxəssislərini xaricə göndərməklə və ya bu sahədə platformaların hazırlanmasında iştirak edən təşkilatlar sanksiyalara məruz qalıb.

Cənubi Koreyaya görə, siyahıya daxil edilən şəxslər İT şirkətlərinin xarici filiallarının işini idarə ediblər və ya sanksiyalardan yayınmaq və nüvə raket proqramını maliyyələşdirmək üçün çirkli pulların yuyulması kimi qeyri-qanuni maliyyə fəaliyyəti ilə məşğul olublar. 

Xəbər xətti