Bayden xərçəng xəstəliyindən dünyasını dəyişən oğlunun İraqda öldüyünü deyib

20:00 - 23 May 2023 - DÜNYA

ABŞ prezidenti Bayden İraqda xərçəng xəstəliyindən dünyasını dəyişən oğlu Bounun ölümü ilə bağlı yenidən danışıb

Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Post yazıb. Məlumata görə, ABŞ prezidenti Co Bayden Amerika liderinin G7 sammitində iştirak etdiyi Yaponiyaya səfəri çərçivəsində ABŞ ordusunun bazasını ziyarət edib. Səfər zamanı hərbçilərlə söhbət edən siyasətçi 2015-ci ildə ABŞ-ın Merilend ştatında beyin şişindən dünyasını dəyişən oğlu Bo haqqında yenidən yanlış açıqlama verib.

“Oğlum ABŞ ordusunun mayoru idi. Biz onu İraqda itirdik”, - 80 yaşlı Bayden İvakuni Dəniz Piyadaları Hava Stansiyasında hərbçilərə deyib.

Xəbər xətti