İspaniyada güclü yağış daşqınlara səbəb olub

16:54 - 23 May 2023 - DÜNYA

Güclü yağışlar İspaniyanın bir sıra bölgələrində daşqınlara və dağıntılara səbəb olub

Ucnoqta.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti yazıb. Məlumata görə, yağışlar küçələri su basıb və nəqliyyatın hərəkətində problemlər yaradıb, bir sıra rayonlarda məktəblərdə dərslərin dayandırılmasına səbəb olub.

Daha əvvəl bildirilib ki, İtaliyanın ölkənin şimalında yerləşən Emiliya-Romanya əyalətində baş verən daşqın 400 min ton taxılın tələf olmasına səbəb olub.

Xəbər xətti