Almaniyanın ədliyyə orqanları Livan Mərkəzi Bankının rəhbəri Riad Salamehin beynəlxalq həbsinə order verilməsi ilə bağlı Livan hökumətini xəbərdar edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə El-Naşra xəbər portalı Livan prokurorluğundakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Mərkəzi Bankın rəhbəri dələduzluq, saxtakarlıq, mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunur.
Almaniya Fransadan sonra Salaməyə qarşı cinayət işi açılan ikinci Avropa ölkəsi olub.