İranda kimya zavodunda yanğın - 9 nəfər xəsarət alıb

16:13 - 23 May 2023 - DÜNYA

İranın şimalında kimya zavodunda yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Məlumata görə, yanğın nəticəsində azı 9 nəfər xəsarət alıb.

Bildirilir ki, kimyəvi reaktorun partlaması nəticəsində baş verən yanğınla bağlı hesabat Qızıl Aypara Cəmiyyətinin Komanda və Koordinasiya Mərkəzinə çatdırılıb.

Hadisə yerinə həkim briqadası göndərilib.

Xəbər xətti