İranın şimalında kimya zavodunda yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Məlumata görə, yanğın nəticəsində azı 9 nəfər xəsarət alıb.
Bildirilir ki, kimyəvi reaktorun partlaması nəticəsində baş verən yanğınla bağlı hesabat Qızıl Aypara Cəmiyyətinin Komanda və Koordinasiya Mərkəzinə çatdırılıb.
Hadisə yerinə həkim briqadası göndərilib.