Almaniya "Leopard 2" və "PzH 2000"nin alınmasına 850 milyon xərcləyəcək

16:07 - 23 May 2023 - DÜNYA

Almaniya hökuməti Ukraynaya göndərilən zirehli texnikaları əvəz etmək üçün 18 yeni "Leopard 2" tankı və 12 "Panzerhaubitze 2000" (PzH 2000) özüyeriyən artilleriya qurğusundan ibarət partiyanın alınmasına 843 milyon avro xərcləməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Bloomberg Almaniya Müdafiə Nazirliyinin mənbələrinə və sənədlərinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, hökumət sifarişi Almaniyanın müdafiə konserni "Rheinmetall" və "Krauss-Maffei Wegmann"a veriləcək. 18 tankın qiyməti 525,6 milyon avro, özüyeriyən silahların alınması 190,7 milyon avro, "Leopard 2" üçün ehtiyat hissələri isə 126,6 milyon avro dəyərində qiymətləndirilir.

İlk döyüş maşınları 2026-cı ildə xərclər paketi Bundestaqın büdcə komitəsi tərəfindən təsdiqlənərsə Almaniya Silahlı Qüvvələrinə veriləcək.

Xəbər xətti