Zelenski Ukraynaya qayıdıb

12:13 - 23 May 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı xaricə səfərlərdən qayıtdığını və döyüş bölgəsinə səfər etdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, o, hansı ərazidə olduğunu açıqlamayıb. Telegram kanalındakı yazıya Zelenskinin bir qrup dəniz piyadası ilə qaranlıq otaqda çəkildiyini əks etdirən fotoşəkillər əlavə olunub.

Son bir ayda Ukrayna prezidenti bir sıra ölkələrə səfər edib. Mayın 13-də Roma və Vatikanda səfərdə olub, burada Roma Papası tərəfindən qəbul edilib, mayın 14-də Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb, Londonda Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə danışıqlar aparıb. Həmin gün Zelenski Berlinə səfər edib. Sonra o, bir neçə gün Kiyevə qayıdıb və mayın 19-da Ərəb Liqasının sammiti üçün Səudiyyə Ərəbistanına gəlib. Daha sonra o, G7 sammiti üçün Xirosimaya gedib.

Xəbər xətti