Ukraynalı pilotların F-16-da təlimləri artıq başlayıb
Bunu çərşənbə axşamı Aİ Xarici İşlər Xidmətinin rəhbəri Cosep Borrell Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirlərinin görüşünə gələrkən deyib. Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, Kiyev tezliklə təyyarələr alacaq
“F-16 pilotlarının təliminin artıq bir neçə ölkədə başladığını bildirməkdən məmnunam, bu, vaxt aparacaq, lakin nə qədər tez bir o qədər yaxşıdır və bu, təyyarələrin tezliklə çatdırılması üçün qapını açacaq” - diplomat deyib.