ABŞ-da yük maşını Ağ Evin yaxınlığında hasara çırpılıb - FOTO

11:02 - 23 May 2023 - DÜNYA

Yük maşını Ağ Evin yaxınlığında hasara çırpılıb

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib. Xüsusi təyinatlılar fövqəladə vəziyyət yerinə istehkamçıları çağırıb və yaxınlıqdakı oteldən insanları təxliyə ediblər. Avtomobildə heç bir partlayıcı maddə olmasa da, sürücünün kabinəsində svastika olan bayraq tapılıb.

Sürücü həbs edilib. Ölən və yaralananlar olmayıb. ABŞ Məxfi Xidmətinin məlumatına görə, o, bunu qəsdən etmiş ola bilər.

Xəbər xətti