"F-16"ların Ukraynaya çatdırılması bir neçə ay çəkəcək - KİV

10:29 - 23 May 2023 - DÜNYA

F-16-nın Ukraynaya çatdırılması ən azı bir neçə ay çəkəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendala istinadla yazıb. Bildirilir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin qərb təyyarələrini idarə edə bilməsi üçün bir sıra detallar işlənməlidir.

"Biz heç bir halda F-16 və ya digər qərb qırıcılarını əhəmiyyətli sayda Ukrayna Hərbi Hava Qüvvələrinə bir neçə aydan tez təhvil verməyəcəyik" - o, deyib.

Həmçinin bildirilir ki, Ukraynanın Avropadakı müttəfiqləri ilə birlikdə amerikalı şəxsi heyət də Ukrayna hərbçilərinin təlimində iştirak edəcək.

Xəbər xətti