Qayanada üç günlük matəm elan edilib

07:56 - 23 May 2023 - DÜNYA

Qayana prezidenti Məhəmməd İrfaan Əli məktəb yataqxanasında baş verən yanğında 19 uşağın ölümündən sonra bazar ertəsi günü üç günlük matəm elan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Madiya şəhərinin orta məktəbinin yataqxanasında yanğın bazar ertəsi gecə baş verib. Rəsmi məlumatlara görə, 18 qız və bir oğlan faciənin qurbanı olub. Yanğınsöndürmə idarəsi hadisəyə yanğının səbəb olduğunu güman edir. Araşdırma aparılır.

Xəbər xətti