Estoniyanın müdafiə naziri Hanno Pevkur NATO-ya üzv dövlətləri 2030-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 2,5%-nə çatdırmağa çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, nazir Polşada “Şimal qrupu”nun müdafiə nazirlərinin görüşündə iştirak edib.
“Yaxın gələcəkdə NATO ölkələri üçün ÜDM-in müdafiə xərclərinin 2%-i məcburi ola bilər, lakin biz NATO ölkələrinin qarşısına 2030-cu ilə qədər müdafiə xərclərini ən azı 2,5%-ə çatdırmağı hədəfləməliyik”, - Pevkur bildirib.