Aİ Ukrayna Silahlı Qüvvələrinin 15 min hərbi qulluqçusunun təlimini başa çatdırıb
Ucnoqta.az xəbər verir ki, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib. Aİ rəhbəri qeyd edib ki, ilin sonuna qədər eyni sayda hərbi qulluqçu hazırlanacaq.
Borell vurğulayıb ki, Ukraynanın müdafiəsinin uğuru həm insanlardan, həm də silah-sursatla təminatdan asılıdır.
“Ona görə də hərbi yardım davam etməli, gücləndirilməli və genişlənməlidir, daha çox hava hücumundan müdafiə sistemi döyüş meydanında öz rolunu oynayacaq. Bu son dərəcə zəruridir”, - Borrell bildirib.
O, həmçinin bildirib ki, Aİ Ukrayna Silahlı Qüvvələrinin 15 min döyüşçüsünün təlimini başa çatdırıb və bu ilin sonuna kimi daha 15 min döyüşçü hazırlanacaq.