F-16 qırıcı-bombardmançıları Qərb tərəfindən Kiyevə çatdırıldıqdan sonra Ukraynada yerləşdiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi Vaşinqtonun hərbi müşahidəçilər qrupu ilə görüşdə TASS-ın suallarını cavablandıran ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall bildirib.
"Söhbət Ukraynanın obyektlərindən gedir. NATO-nun aktivlərindən yox. Əgər onlar Ukrayna Hərbi Hava Qüvvələrinin tərkibinə daxil olarsa, güman edirəm ki, onlar Ukraynada yerləşəcəklər", - o deyib.
Qərb bu təyyarələrin Şimali Atlantika Alyansının üzvü olan ölkələrdən birinin ərazisində yerləşdirilməsi variantını nəzərdən keçirir.