Bu gün Avropa İttifaqının xarici işlər nazirləri İrana qarşı yeni sanksiyalar paketi ilə bağlı qərar verəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borrell Aİ Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilən iclasında deyib.
“Aİ Xarici Əlaqələr Şurası insan haqlarının pozulması ilə bağlı İrana qarşı yeni sanksiyalar paketini təsdiq edəcək. Ötən gün orada daha üç nəfər edam edilib. Biz bu yeni sanksiyalar paketini qəbul edəcəyik”, - Borrell bildirib.
Avropa İttifaqındakı həmkarları ilə görüşə gələn Almaniyanın xarici işlər naziri Annalena Berbok da İrana qarşı yeni sanksiyalar paketini açıqlayıb.