Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopterini Donetskdə vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.
"Hava hücumundan müdafiə sistemləri Donetsk Xalq Respublikasının Lozovoe kəndi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopterini vurub. Bir sutka ərzində 5 ədəd HIMARS reaktiv yaylım atəşi qurğusunun qarşısı alınıb", - o deyib.
Həmçinin, Konaşenkovun sözlərinə görə, Kremenets, Sands, Oleksandrivka, Sladkaya Balka, Marfopol, Zaporojye vilayəti, Xerson vilayətinin Sergeevka və Lyubimovka yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı məhv edilib.