Çexiya XİN Kiyevə F-16 tədarükünün əks-hücumla əlaqəsini təkzib edib

15:24 - 22 May 2023 - DÜNYA

Çexiya Kiyevə F-16-ların tədarükü ilə Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı arasında əlaqəni təkzib edib.

Ucnoqta.az xəbər verir ki, bu açıqlama ilə Çexiyanın xarici işlər naziri Yan Lipavski çıxış edib. Lipavski bildirib ki, ABŞ F-16 qırıcılarının Ukraynaya mümkün tədarükü Ukrayna Silahlı Qüvvələrinin əks hücumu ilə birbaşa əlaqəli deyil.

"Mən düşünmürəm ki, bu məsələ birbaşa əks-hücumla bağlıdır, lakin biz öz həyat tərzimizi qorumalıyıq", - diplomat Brüsseldə Aİ xarici işlər nazirləri ilə görüşü zamanı deyib.

Xatırladaq ki, hazırda Belçikanın paytaxtında Avropa İttifaqının toplantısı keçirilir. Görüşün əsas mövzuları Ukraynaya hərbi yardımın yeni tranşı və anti-Rusiya sanksiyalarının on birinci paketi olub.

Xəbər xətti