Rəsmi Kreml Paşinyanın Ermənistanın KTMT-dən çıxma bəyanatına münasibət bildirib
Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hansı şərtlərlə çıxa biləcəyini deyən sözlərini şərh edib.
“Ümumilikdə KTMT-nin üzv ölkələr arasında nüfuzu var. Effektivliyini nümayiş etdirir. Ermənistan baş nazirinin bəyanatına gəlincə, biz erməni dostlarımızla dialoqu davam etdirəcəyik”, - Kremlin sözçüsü bildirib.