Ermənistan Qərbdən Rusiya ilə münasibətləri kəsmək üçün siqnal almır
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya XİN başçısı Sergey Lavrovun səsləndirdiyi fikirlərə dair savabında deyib.
"Qərbdən qovmaq, sıxışdırmaq, münasibətləri kəsmək (Rusiya ilə - red.)) siqnalları almırıq və düşünmürəm ki, belə siqnallar nə vaxtsa olacaq. Siqnallar ikitərəfli münasibətlərin inkişafı ilə bağlı ola bilər ki, bu da həmçinin Rusiya ilə. Yəni, biz rusiyalı həmkarlarımızla ikitərəfli münasibətlərimizi çox açıq şəkildə müzakirə edirik və hesab edirik ki, Rusiyanın regionda mövcudluğu və ikitərəfli münasibətlərimizlə bağlı mövcud vəziyyətlə bağlı narahatlığımızla bağlı bu söhbətlərdə qaranlıq nöqtələr yoxdur" - Paşinyan mətbuat konfransında deyib.