İran prezidenti İbrahim Rəisi öz fərmanı ilə İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının yeni katibini təyin edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, Əli Şamxaninin yerini 2006-cı ildən İslam İnqilabı Keşikçiləri Korpusunun strateji mərkəzinə rəhbərlik edən Əli Əkbər Əhmədiyan tutacaq.