Sudanda toqquşmalarda ölənlərin sayı 863-ə çatıb

11:12 - 22 May 2023 - DÜNYA

Sudanda ordu ilə xüsusi təyinatlılar arasında baş verən toqquşmalarda həlak olan mülki şəxslərin sayı 863 nəfərə çatıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə 833 nəfərin toqquşmalar zamanı öldüyü, 3329 mülki vətəndaşın yaralandığını bildirili.

Əl-Hadath telekanalının məlumatına görə, səhər saatlarında Sudan silahlı qüvvələri xüsusi təyinatlıların paytaxtdakı bazalarına bir neçə hava zərbəsi endirib. Bildirilib ki, Xartumdakı bombardman ən azı iki saat davam edib. Omdurman və Şimali Xartum şəhərləri yaxınlığında da partlayış səsləri eşidilir.

Xəbər xətti