Bazar ertəsi Əfqanıstanın şimal-şərqində, Pakistan və Tacikistanla sərhəddə 5,3 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Tacikistanın 26 min nəfərə yaxın əhalisi olan İşkaşim qəsəbəsindən 35 km cənub-qərbdə yerləşib. Mənbə 80 km dərinlikdə yerləşirdi.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Yeraltı təkanlar Kabildə hiss olunub.