Ötən gecə Ukrayna hərbçiləri Rusiyaya məxsus "Su-35" qırıcısını, 20 PUA və 16 raketindən dördünü məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Bildirilir ki, mayın 22-nə keçən gecə Rusiya ordusu Dneprdə hərbi və infrastruktur obyektlərinə hücum ediblər.
Hücum müxtəlif tipli 16 raketlə həyata keçirilib.
Belə ki, Xəzər dənizi regionundan Tu-95MS strateji bombardmançı təyyarələrindən 4 ədəd Kh-101/Kh-555 havadan buraxılan qanadlı raketlər, Tu-22M3 uzaqmənzilli bombardmançılarından müxtəlif istiqamətlərdən - Azov dənizindən və Kursk bölgəsindən 5 ədəd X-22 qanadlı raketləri, işğal olunmuş Krımdan 2 ədəd “İsgəndər-M” ballistik raketi, 5 ədəd zenit-raket idarəolunan S-300 Zaporojye vilayətinin işğal olunmuş ərazisindən zərbələr endirilib.
Bundan əlavə, İrana məxsus 20 ədəd "Şahed-136/131" PUA ilə Ukraynaya hücum edib.
Bundan əlavə, Hərbi Hava Qüvvələri Rusiyanın Su-35 qırıcısının vurulmasını təsdiqləyib.