Avstraliyalı alpinist dünyanın ən hündür zirvəsi (dəniz səviyyəsindən 8848 metr yüksəklik) olan Everest dağından enərkən dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Sydney Morning Herald nəşri məlumat yayıb.
Everesti 10 dəfə fəth edən alpinist Nepalda Annapurna zirvəsindən enərkən ölüb.
Məlumata görə, Ceyson Kennison mayın 19-da dünyasını dəyişib. Onun ölüm səbəbi ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb. Meyiti axtarılır.
Bu yaz dırmanma mövsümündə Everestdə ölənlərin sayı artıq 8-ə çatıb. Mayın 18-də Çin və Hindistandan olan iki alpinist dünyasını dəyişib. Mayın 17-də zirvəyə qalxarkən Moldovadan olan bir idmançı, daha əvvəl isə dörd Nepal Şerpası və ABŞ vətəndaşı həlak olub.