Həmin şəxs aprel ayından həbsdədir.
Aprel ayında baş nazir Fumio Kişidaya hücum edən Yaponiya sakini Ryuji Kimura psixiatrik müayinəyə göndəriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi Fuji TV məlumat yayıb.
Vakayama Prefektura Dairə Məhkəməsi tərəfindən təsdiqlənmiş müayinənin tezliklə baş tutacağı gözlənilir.
2023-cü ilin aprelindən həbsdə olan 24 yaşlı Kimura praktiki olaraq istintaqla əlaqə saxlamır.