Çin Xarici İşlər Nazirliyi Yaponiya səfirinə etiraz edib

07:57 - 22 May 2023 - DÜNYA

Çin xarici işlər nazirinin müavini Sun Ueydun Yaponiya səfiri Tarumiyə G7 sammitində Çini təhqir etdiyinə görə etiraz edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında etirazın mətni verilib. Məlumata görə, Yaponiyanın Pekindəki səfirinə G7 sammitində Çini təhqir etdiyinə və ölkənin suverenliyi ilə bağlı məsələləri şişirtdiyinə görə etiraz edilib.

"Yaponiya digər ölkələrlə birlikdə Xirosimada keçirilən G7 tədbirlərində, eləcə də G7-nin birgə bəyanatında Çinə böhtanlar yağdırıb. Çinin daxili işlərinə bu cür kobud müdaxilə ölkənin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına xələl gətirir. Bu baxımdan, Çin kəskin narazılığını və kəskin etirazını bildirir”, - bəyanatda deyilir.

Qeyd edək ki, G7-nin sonuncu sammitində ölkələr Tayvan, Honq-Konq, Tibet və Sincan-Uyğur Muxtar Bölgələrindən danışıblar.

Sun Ueydun beynəlxalq nizam və iqtisadiyyat üçün ən böyük riskin Çin deyil, ABŞ olduğunu da söyləyib.

Xəbər xətti