BMT baş katibi Ukraynaya "F-16"ların verilməsinə münasibət bildirib

13:16 - 21 May 2023 - DÜNYA

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres G7 (G7) sammiti çərçivəsində mətbuat konfransı zamanı jurnalistlərin Kiyevin F-16 qırıcıları əldə etmək cəhdinin gərginliyin artmasına səbəb olub-olmayacağı ilə bağlı sualına cavab verməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti yazıb.

“Ukrayna məsələsinə gəlincə, mən G7-nin baş katibi yox, BMT-nin baş katibiyəm” - o, deyib.

Müxbirin “yaxşı yoxsa pis” sualına isə “qanun və BMT Nizamnaməsi əsasında ədalətli sülhə nail olmaq və ərazi dəyərlərinə hörmətlə yanaşmağı vacib hesab etdiyini" bildirib.

Xəbər xətti