Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb

12:47 - 21 May 2023 - DÜNYA

Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının tərəfdarlarına məxsus hərbi helikopter bazar günü ölkənin şimalında Samanqan əyalətində qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TOLOnews telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə əyalətin şimal rayonlarından birində baş verib. Helikopterin qəzaya uğramasına səbəb onun elektrik xəttinin dayağı ilə toqquşması olub. Talibanın Samanqandakı nümayəndəsi insident zamanı həlak olanlar barədə məlumat verməyib.

İlkin məlumata görə, təyyarədə olan hər iki pilot həlak olub.

Xəbər xətti