Müttəfiqlər Ukraynaya 12-dən çox F-16 verəcək - Yuri İqnat

12:23 - 21 May 2023 - DÜNYA

Müttəfiqlər 12-dən çox təyyarə tədarük edəcək

Ucnoqta.az xəbər verir ki, bunu telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat deyib. O. bildirib ki, müttəfiqlər təyyarələri tək-tək verməyəcəklər, çox güman ki, bölmələr üzrə bir anda göndərə bilərlər. Təyyarələr eskadrilya, yəni 12-dən çox tədarük ediləcək.

“Beləliklə, cari problemləri həll etmək üçün əvvəlcə Ukraynaya onlarla təyyarə verilə bilər”, - İqnat bildirib.

O, həmçinin xatırladıb ki, hazırda Ukraynada sovet texnologiyasının arsenalında dörd növ əsas təyyarə var: SU-24, SU-25, MiQ-29 və SU-27. Bütün bu tipli təyyarələri tək çoxməqsədli F-16 təyyarəsi ilə əvəz etmək olar.

Xəbər xətti