Model Emili Ratajkovski yataqda çəkilmiş yeni bikinili fotolarını yayımlayıb.
Ucnoqta.az xəbər verir ki, o, müvafiq şəkilləri İnstaqramda pərəstişkarları ilə paylaşıb.
31 yaşlı model özünə məxsus “İnamorata” alt paltarı markasının qara rəngli iki parçalı çimərlik geyimində düzəldilmiş çarpayıda uzanaraq poza verib.
İzləyiciləri şərhlərdə “İnanılmaz dərəcədə gözəl qız”, “Heyrətamiz fiqur”, “Planetin ən cazibədar qızı” yazıblar.