Avropa İttifaqı (Aİ) Çində qeydiyyatdan keçmiş və Rusiyaya məhdudiyyətlərdən yan keçməyə kömək edən səkkiz şirkətə sanksiya tətbiq edəcək.
Ucnoqta.az xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bu barədə ZDF telekanalına müsahibəsində bildirib.
AK rəhbərinin sözlərinə görə, sözügedən şirkətlər qismən kağız üzərində mövcuddur və başqa ölkələrdən sahibləri var.
Fon der Leyen bildirib ki, ümumilikdə, Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketinə dünyada 90-dan çox şirkəti daxil edəcək, bunun üçün məhdudiyyətlərdən yayınma sübutları var.
Aİ rəhbəri qeyd edib ki, məhdudiyyətlər Avropa mallarının Rusiya Federasiyasına çatdırılmasına kömək edən üçüncü ölkələrin şirkətlərinə, eləcə də “ikili təyinatlı” məhsullara yönəldiləcək.