ABŞ prezidenti Co Bayden və Ukrayna dövlət başçısı Volodimir Zelenski mayın 21-də G-7 sammitinin keçirildiyi Yaponiyanın Xirosima şəhərində danışıqlar aparacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyası rəhbərinin şənbə günü yayılan iş qrafikində deyilir.
"Prezident Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli görüşdə iştirak edəcək. Xirosima, Yaponiya", - sənəddə deyilir.
Bundan əvvəl Zelenskinin ofisinin rəhbəri Andrey Yermak mümkün görüş barədə məlumat vermişdi.