Zurabişvili Gürcüstan Hava Yollarını boykot etdi

17:45 - 20 May 2023 - DÜNYA

Zurabişvili Rusiyaya uçuşlar olduğu üçün Gürcüstan Hava Yollarından istifadə etməyəcək

Ucnoqta.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, o, boykot elan edib və Gürcüstanın “Georgian Airways” aviaşirkətinin Rusiya Federasiyasına uçuşlara başlaması səbəbindən bundan sonra onun xidmətlərindən istifadə etməyəcək.

O, həmçinin hər kəsi aviaşirkətin boykotuna qoşulmağa çağırıb.

“Bu, varlanmaq üçün dövlətdən istifadə edən şirkətdir. Əvvəlki hökumətlər dövründə də belə idi. Bu, covid dövründə də davam etdi və indi o, əhalinin əksəriyyəti üçün qəbuledilməz olan yeni reallıqdan yararlanmaq istəyir”, - Zurabişvili bildirib.

Qeyd edək ki, mayın 20-də Gürcüstanın “Georgian Airways” aviaşirkətinin ilk təyyarəsi paytaxtın Vnukovo hava limanına enib.

Xəbər xətti