Blinken Rusiyaya tətbiq edilən sanksiyalardan danışdı

19:30 - 19 May 2023 - DÜNYA

200-dən çox fiziki şəxs, qurum, gəmi və təyyarə ABŞ-ın yeni sanksiyalarına və ya əmlakının dondurulmasına məruz qalır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir. Dövlət katibi Entoni Blinken ABŞ-ın yeni sanksiyalarının Rusiyanın müdafiə sənayesi və texnologiya sektoruna yönəldiyini bildirib:

“Bu gün tətbiq edilən sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksi, texnologiya, metallurgiya və dağ-mədən sektorlarına şamil edilir”, - Blinkenin bəyanatında deyilir.

"Məhdudiyyətlər Rusiya enerji sektorunun inkişafı ilə məşğul olan hüquqi və fiziki şəxslərə də şamil edilir", - dövlət katibi qeyd edib.

Xəbər xətti