Zelenski Səudiyyə Ərəbistanının vəliəhdini Ukraynaya səfərə dəvət edib

17:32 - 19 May 2023 - DÜNYA

Hazırda Ərəb Liqasının sammitinin keçirildiyi Ciddədə səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanının baş naziri, vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudu Ukraynaya səfərə dəvət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü Zelenskinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı həmçinin vəliəhd şahzadəyə Ukraynanı dəstəklədiyinə və beynəlxalq təşkilatlar çərçivəsində tutduğu prinsipial mövqeyinə görə təşəkkür edib. Prezidentlə vəliəhd şahzadə arasında keçirilən görüşdə akual ikitərəfli münasibətlər və qlobal məsələlər ətraflı müzakirə olunub.

Bundan əlavə, Zelenski fəxri qonaq kimi sammitdə iştirak etmək dəvətinə görə təşəkkürünü bildirib.

Məlumata görə, Zelenski Polşadan havaya qalxan Fransa təyyarəsi ilə Ciddəyə gəlib.

Xəbər xətti