"Fantomas" vəfat etdi - FOTO

16:42 - 19 May 2023 - DÜNYA

"Fantomas" rolunun ifaçısı avstriyalı aktyor Helmut Berger Avstriyada 78 yaşında vəfat edib

Ucnoqta.az xəbər verir ki, o, mayın 18-də, doğum gününə 11 gün qalmış dünyasını dəyişib.

Məlumata görə, Berger son bir neçə ildə anasına qulluq edərək yaşadığı Zalsburq şəhərində dünyasını dəyişib. Ölümün səbəbləri açıqlanmayıb.

Helmut Berger 1944-cü il mayın 29-da Bad İşldə anadan olub. 18 yaşında Londona köçüb və burada aktyorluq təhsili alıb. Paralel olaraq təhsil haqqını ödəmək üçün ofisiant işləyib. 1965-ci ildən gələcək aktyor universitetdə oxuduğu və epizodik rollarda oynadığı İtaliyanın Perugia şəhərində yaşamağa başlayıb.

Aktyor ən çox dünya tamaşaçıları tərəfindən eyniadlı əfsanəvi filmdə "Fantomas" ləqəbli parlaq cinayətkar rolu ilə yadda qalıb.

O, həmçinin 1970-ci ildə “Dorian Qreyin şəkli” filmində Dorian Qreyi və “Sent Laurent” filmində Yves Saint Laurent rolunu oynayıb.

Xəbər xətti