NATO İsveçi öz sıralarına qəbul etməyə hələ hazır deyil.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN telekanalına müsahibəsində bildirib.
“İsveç Türkiyədə terrorçu kimi tanınan qruplaşmaların öz ərazisində, Stokholm küçələrində sərbəst gəzməsinə icazə verməyə davam etdikcə, İsveçin NATO-ya üzvlüyünə müsbət baxa bilmərik”, - deyə Ərdoğan bildirib.
"İndi biz İsveçi qəbul etməyə hazır deyilik. Çünki NATO ölkəsi terrorla mübarizəyə gəldikdə sərt mövqe nümayiş etdirməlidir", o əlavə edib.