Aprelin 15-də baş verən zorakılıqlardan sonra təxminən 1,1 milyon sudanlı evlərini tərk edib.
Ucnoqta.az xəbər verir ki, bu məlumatı Cenevrədə keçirdiyi brifinqdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rəsmi nümayəndəsi Metyu Saltmarş verib. Məlumata görə, 843 mindən çox sudanlı ölkədə zorakılıqların başlanmasından sonra aprelin 15-dən bəri ölkə daxilində məcburi köçkün vəziyyətinə düşüb və təxminən 250 min nəfər ölkəni tərk edib.
Saltmarşın sözlərinə görə, Misir sudanlıların əksəriyyətini qəbul edib. BMT QAK və tərəfdaşlarının hesablamalarına görə, hər gün ölkəyə 5000-dən çox sudanlı gəlir. Misir hakimiyyətinin məlumatına görə, Misirdə təxminən 110 min sudanlı var. Hər gün Sudandan Cənubi Sudana orta hesabla 1500 nəfər gəlir. Gələn 63 min nəfərin əksəriyyəti Cənubi Sudandan olan repatriantlardır.