Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə, o, CNN-ə müsahibəsində bildirib. Sinan Oğanın ikinci turda həlledici olacağına dair şərtləri barədə suala Ərdoğan “Mən bu şəkildə danışıqlar aparmağı sevən biri deyiləm” deyib.
O qeyd edib ki, seçkilərin ikinci turunda həlledici rolu Türkiyə xalqı oynayacaq.