G7-nin prezidentləri və hökumət başçıları Xirosimanın mərkəzində atom bombası qurbanlarının xatirəsinə həsr olunmuş Sülh Parkını ziyarət ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə yüksək rütbəli amerikalı məmura istinadən Ağ Evin mətbuat xidməti məlumat yayıb. Onlar orada muzeyin ekspozisiyasına baxıb, abidənin önünə əklillər qoyub, sakura əkiblər.
Həmçinin, ABŞ prezidenti Co Bayden və G7 ölkələrinin digər liderləri Xirosimada 1945-ci il avqustun 6-da Amerikanın atom bombasından sağ çıxanla görüşüb.
Keiko Oqura 1945-ci ilin avqustunda Xirosimaya atılan atom bombasından sağ çıxıb. Onun 8 yaşı var idi.