Apple işçilərinə ChatGPT-dən istifadə etməyi qadağan edib

11:46 - 19 May 2023 - DÜNYA

Apple əməkdaşlarına ChatGPT mətni yaratmaq üçün neyron şəbəkədən istifadə etməyi qadağan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” şirkətin sənədi ilə tanış olan öz mənbələrinə istinadən məlumat yayıb.

ChatGPT ilə yanaşı, Apple şirkəti OpenAI və Microsoft ilə əməkdaşlıqda hazırlanmış GitHub Copilot alətini də qadağan edib. O, süni intellektdən istifadə edərək kod yazmağa imkan verir.

Qeyd olunur ki, ChatGPT-dən istifadə edilərkən bütün məlumatlar tərtibatçının serverinə göndərilir ki, bu da məlumatların, o cümlədən məxfi məlumatların mübadiləsinə şərait yaradır. Apple sızmalardan qorxur.

Xəbər xətti