Böyük Britaniyanın baş naziri Sunak G7 sammitində Putinə "birbaşa" mesaj verib
Ucnoqta.az xəbər verir ki, Britaniyanın baş naziri Sky News telekanalına müsahibəsində Rusiya liderinə “birbaşa” mesaj verib: “Biz heç yerə getmirik”.
Böyük Britaniyanın baş naziri Rişi Sunak Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edib ki, Qərb liderləri Ukraynaya dəstək mövqeyindən geri çəkilməyəcəklər.
G7 sammiti üçün Xirosimada olarkən o qeyd edib ki, “Rusiya bilməlidir ki, biz və digər ölkələr Ukraynanı dəstəkləmək əzmimizdə sabitdir”.
Onun sözlərinə görə, Qərb ölkələri Kiyevə təkcə “burada və indi” deyil, həm də uzunmüddətli perspektivdə yardım göstərmək niyyətindədir.