ABŞ müttəfiqlərinə Ukraynaya F-16 qırıcılarının tədarükünə icazə verəcək

11:35 - 19 May 2023 - DÜNYA

ABŞ prezidenti Co Baydenin administrasiyası son həftələr Avropa müttəfiqlərinə F-16 qırıcılarının Ukraynaya ixracına mane olmayacağına dair siqnallar göndərir.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN müzakirələrdən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

Kanal qeyd edir ki, Ağ Ev Konqres üzvləri və müttəfiqləri tərəfindən döyüş təyyarələri ilə bağlı “artan təzyiqlər” yaşayır. ABŞ hələ də Kiyevə öz F-16-larını göndərməsə də, ABŞ rəsmiləri CNN-ə bildiriblər ki, müttəfiqlər qərar verərsə, administrasiya Ukraynaya təyyarə ixracını təsdiqləməyə hazırdır.

Qeyd olunur ki, Avropa ölkələrindən F-16-nın ixracı ilə bağlı rəsmi müraciət daxil olmayıb.

Xəbər xətti