Böyük Britaniya Rusiyadan olan 86 nəfərə və şirkətə qarşı sanksiya tətbiq edib
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, bura “Rosatom”la əlaqəli, müasir materialların və texnologiyaların, o cümlədən lazerlərin istehsalı ilə məşğul olan şirkətlər daxildir.
Siyahıya Polyus, Severstal, FESCO, MMK, OMK, TMK, RMK, AFK Sistema, Rosbank, DOM.RF Bank və Tinkoff Bank, fiziki şəxslər arasında isə Zaporojye AES-in işğalçı rəhbəri Oleq Romanenko, həmçinin Alan Luşinkov və Rusiya Federasiyasında odlu silahların 95%-ni istehsal edən Kalaşnikov Konserninin direktoru .
Sanksiya siyahısına “Qazpromneft”in idarə heyətinin 13 üzvü də daxil edilib.