Goranboyda zəlzələ baş verib.
Ucnoqta.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yerli vaxtla saat 07:22-də Gəncə stansiyasından 34 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb.
Maqnitudasi 3.1 böyüklükdə olan yeraltı təkan 25 km dərinlikdə olub.
Zəlzələ hiss olunmayıb.