Çin Mərkəzi Asiya ölkələrinə 3,72 milyard dollar yardım edəcək

08:49 - 19 May 2023 - DÜNYA

Pekin Mərkəzi Asiya dövlətlərinə qrant əsasında 26 milyard yuan (təxminən 3,72 milyard dollar) maliyyə dəstəyi verəcək.

Ucnoqta.az xəbər verir ki, bunu cümə günü Çin-Mərkəzi Asiya sammitində çıxışı zamanı Çin sədri Si Cinpin deyib.

"İnkişaf potensialını gücləndirmək üçün Çin elm və texnologiya vasitəsilə yoxsulluğun azaldılmasında Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq planları hazırlayacaq", - deyə Çin sədri deyib. 

İclasda Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri də iştirak edir. Görüş Sian şəhərində keçirilir.

Xəbər xətti