ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirmək və 300-dən çox nəfəri qara siyahılara əlavə etmək, həmçinin Moskva ilə əlaqəli əlavə 70 strukturu Amerika ixracından kəsmək niyyətindədir
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən xəbər verir.
Rəsmi Vaşinqtonun yeni sanksiyalarının təkcə Rusiyaya deyil, üçüncü ölkələrə də təsir edəcəyinə aydınlıq gətirib.
Rəsmi əlavə edib ki, bu, Moskvanın döyüş meydanında əsas rol oynayan malların kateqoriyalarına kütləvi məhdudiyyətlər qoyulması və Rusiya və üçüncü ölkələrdəki 70-ə yaxın müəssisənin ABŞ ixracından kəsilməsi deməkdir.
O qeyd edib ki, Vaşinqton Rusiya Federasiyasının 300-dən çox fərdi, təşkilatı, gəmi və təyyarəsinə qarşı sanksiyaların tətbiqini elan edəcək. Məhdudiyyətlər həmçinin sanksiyalardan yayınmanın, maliyyə vasitəçilərinin hərəkətlərinin qarşısının alınmasına, eləcə də Rusiyanın gələcək enerji və digər mədən potensialına təsir göstərəcək.
ABŞ administrasiyasının nümayəndəsinin sözlərinə görə, sanksiya səlahiyyətləri Rusiya Federasiyasının hərbi-sənaye kompleksi üçün əsas əhəmiyyət kəsb edən Rusiya iqtisadiyyatının əlavə sahələrinə də şamil ediləcək.